"Klub sonuncu olsa belə, sponsorluq müqaviləmiz qüvvəsində qalacaq"

20 Mart 2023 17:40 Turan 939
"Klub sonuncu olsa belə, sponsorluq müqaviləmiz qüvvəsində qalacaq"

«Digər klublarda şirkətlər sponsorluq ediblər və bəzən uğurlu olmayıblar.

Bu, bizi çəkindirmir.

Futboldur, tək idarəetmə ilə şər iş yaxşı olmur».

Bu fikirlər «Turan Tovuz»un baş sponsoru Ehtiram Quliyevə məxsusdur.

Tovuzlu iş adamına məxsus şirkət doğma rayonun təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb. Doqquz ildən sonra Premyer Liqaya qayıtmış klub 4,5 il ərzində onların himayəsində olacaq.

E.Quliyevin fikrincə, bəzən şans da lazımdır:

«Bura idman nailiyyəti üçün gəlməmişik. Bu il, gələn il sonuncu olsaq belə, sponsorluq müqaviləmiz qüvvəsində qalacaq.

Daim “Turan Tovuz”un yanında olacağıq. Könüllü şəkildə əlimizdən gələni edəcəyik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"