
“Pilləli inkişaf planımız var“.
Bu açıqlama “Turan Tovuz”un yeni himayədarı Ehtiram Quliyevə aiddir.
O, rəhbəri olduğu şirkətin klubun qarşısına qoyduğu hədəf barədə danışıb:
“Maliyyə ilə hər şey həll olunmur. İdman nailiyyəti daha sonra düşünülən məsələdir. Allah nəsib edərsə, bu da olar.
Məqsədimiz peşəkar idarəçilik strukturu yaradılmasıdır. Sponsorluq müqaviləmiz bitəndən sonra da bəhrə verəcək.
Gənclərə yatırım etmək istəyirik. İdman nailiyyəti də olarsa, çox gözəl“.
SPORTİNFO.AZ