
"Turan Tovuz"un yarımmüdafiəçisi Turan Vəlizadə Sportinfo.az-a açıqlama verib.
O, Premyer Liqanın son turunda "Səbail"lə bərabərə qaldıqları (1:1) matç barədə fikirlərini dilə gətirib:
"Gərgin oyun keçdi Qələbə qazanmaq istəyirdik. Bunun üçün fürsətlərimiz də oldu. Ancaq, sonda 1 xal qazana bilərik".
Qərb təmsilçisinin matçdakı yeganə qolunun müəllifi bundan da söz açıb:
"Qol vurmaq hər bir futbolçu üçün əlavə motivasiyadır. Komandam üçün əlimdən gələni etməyə çalışıram.
Baş məşqçimiz şans verdiyi müddətdə, çalışacam ki, yenidən fərqlənim və komandamın uğurlarında pay sahibi olum".
XANOĞLAN