COP29

Klubun yeni patronundan SEVİNDİRİCİ GÖSTƏRİŞ

18 Mart 2023 11:40 Turan 777
Klubun yeni patronundan SEVİNDİRİCİ GÖSTƏRİŞ

Tovuz şəhər stadionunun qazonu dəyişdiriləcək.

Bu barədə Sportinfo.az-a «Turan Tovuz»dan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, süni meydançanın təbi ot örtüyü ilə əvəzlənməsi klubun yeni planlarına daxil edilib.

«Turan»ı himayəsinə götürən şirkətin təsisçisi Ehtiram Quliyevə qazonun durumu ilə bağlı məlumat verilib.

İş adamının diqqətinə çatdırılıb ki, süni meydança ötən ilin yayında salınıb, ancaq keyfiyyət yüksək olmadığından, futbolçular tez-tez zədələnir.

Problemləri dinləyən iş adamı qazonun dəyişdirilməsinə vəsait ayrılmasını tapşırıb. Yeniliyin bu yay, ən uzağı, gələn mövsümün axırında icra olunması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"