Premyer Liqanın ən yaşlı futbolçusu razılaşmadı, cavab verdi ki…

16 Mart 2023 10:40 Turan 510
Premyer Liqanın ən yaşlı futbolçusu razılaşmadı, cavab verdi ki…

“Son iki oyunda məğlub olmuşduq. Bu da, az da olsa komandada psixoloji gərginlik yaratmışdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Kamal Bayramov komandasının 26-cı turda “Qəbələ” ilə baş tutan oyun haqda danışarkən deyib.

Bölgə təmsilçilərinin duelində meydan sahibləri hesabı açsa da, qəbələlilər oyunda dönüş etməyi bacararaq hesabı bərabərləşdirə bildi. Hətta görüşün sonlarına yaxın qonaqlar bir neçə dəfə qol fürsəti yaxaladı.

Çempionatın ən yaşlı futbolçusu “rəqibin əlindən yaxşı qurtardız” fikri ilə razılaşmayaraq, oyunun məntiqli nəticəsinin bərabərlik olduğunu bildirib:

“Qəbələ” kimi təcrübəli və oturuşmuş komandaya qarşı matçda yaxşı nəticə əldə etmək istəyirdik. Ən pis halda uduzmamalıydıq ki, buna da nail olduq.

Hesabı açana qədər və sonrakı dəqiqələrdə kifayət qədər yaxşı imkanlarımız oldu. Onları qola çevirə bilsəydik, qələbə də qazana bilərdik.

Matçın sonlarına yaxın “Qəbələ” əvəzetmələrin hesabına təzyiqi yaratmışdı. Belə olduğu halda, əsas diqqəti müdafiəyə ayırıb hesabı qorumağa çalışmağımız anlaşılan idi.

“Rəqibin əlindən yaxşı qurtardıq” fikri ilə razılaşmıram. Fikrimcə, heç-heçə oyunun layiqli nəticəsi idi”.

Avqustda 38 yaşı tamam olacaq qapıçı cari Premyer Liqa mövsümündə “Turan Tovuz”un heyətində 4 oyunda meydana çıxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti