“Həmin əziyyəti çəkmək və dayanmaq istəmirik”

14 Mart 2023 21:20 Turan 472
“Həmin əziyyəti çəkmək və dayanmaq istəmirik”

“İndiki komandanı quranda qısa müddətli uğur barədə düşünmədik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Mövsümləırarası fasilədə debütantın sükanı arxasına keçən mütəxəssis klub olaraq böyümək istədiklərini bildirib:

“Məqsədimiz o deyil ki, müəyyən bir hədəfə çataq və dayanaq. Gələcəyi daha çox diqqətə almışıq.

Bu yöndə böyük planlar var. Klub inkişaf edəndə komanda da inkişaf etməlidir.

İlk ildəki əziyyəti çəkmək istəmirik. Hazırkı heyətin özəyini saxlayıb, yenilərlə güclənmək istəyirik.

Bu yöndə işlər davam etsə, nəticələr də olacaq. Bu gün Azərbaycan çempionatı böyüyüb.

Biz də çempionata rəng qatan klublardan biriyik. Azarkeşlərimiz böyük coşğu gətiriblər.

Uduzduğumuz oyunlarda da yanımızda olub, dəstək göstəriblər. Çünki çətinliklərimizi bilirlər.

Ümumiyyətlə, fanatlarımız futbolu bilən insanlardı. İndi hiss olunur ki, çempionatdır. Əvvəlki kimi bütün oyunlar Bakıda keçirilmir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar