
Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində günün ilk oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, bölgə komandaları üz-üzə gəliblər.
Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” özündən bir addım irəlidə olan “Qəbələ”ni qəbul edib.
Oyunda hesabı meydan sahibləri açıblar. 19-cu dəqiqədə Runi Eva penaltidən fərqlənib. Lakin fasilə ərəfəsində Felipe Santos (39-cu dəqiqə) bərabərlik qolunu vurub.
İkinci hissədə komandaların cəhdlərinə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb – 1:1. Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 33-ə, “Turan Tovuz” isə 27-yə yüksəldib.