
“Bura gəlməmişdən əvvəl çempionat haqda müəyyən bilgilər almışdım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Belaydi Pusi deyib.
Yeni ildən ölkəmizdə çıxış edən 25 yaşlı albaniyalı Premyer Liqanın səviyyəsindən danışıb:
“Hər şeyin düşündüyüm kimi olduğunu deyə bilərəm. Oyunlar gərgin keçir.
Ümid edirəm ki, özüm də tezliklə uyğunlaşıb, komandamın hədəfə çatması üçün əlimdən gələni edəcəm”.
Tovuz klubu Pusi ilə 6 ay+1 illik müqavilə bağlayıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vlajniya”nın yetirməsi olan 25 yaşlı forvard son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.