
«Tuvan Tovuz»un yeni sponsoru olan Ehtiram Quliyev rayona səfər edib.
Dünən Premyer Liqanın 26-cı turu çərçivəsində «Qəbələ» ilə keçirilən matçı (1:1) canlı izləyən iş adamı arenada görülən son işlərlə yerində tanış olub.
Ona məlumat verilib ki, tablonun quraşdırılması prosesi yaxın günlərdə başa çatdırılacaq. Həmçinin işıqlandırma sisteminin tətbiqinə bir müddət sonra start veriləcək.
Bu işi görəcək şirkətin nümayəndələri Tovuzda olub, şəraiti incələyib.
Onların rəyinə əsasən, projektorların ikisi yardımçı meydançanın ərazisinə düşəcək. Odur ki, həmin süni qazonun yerinin bir qədər dəyişdirilməsi zəruridir.
SPORTİNFO.AZ