
Premyer Liqanın 26-cı turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edir.
Oyunun başlama ərəfəsində müəmma yaşanıb.
Belə ki, Natan Oduvanın adı görüşün protokolunda ilk “11-lik”də qeyd olunsa da, ilk dəqiqədən meydana o yox, Belajdi Pusi çıxıb.
Ya protokol yazılarkən yanlışlığa yol verilib, ya da ingiltərəli hücumçu oyunöncəsi məşqdə zədələnib.
Klubun mətbuat katibi Süleyman Tağıyevdən aldığımız bilgiyə görə, “11-lik”də meydana Natan çıxmalı imiş. Ucaboy vinger qarşılaşmadan əvvəlki məşq zaman zədəsini təzələyərək sıradan çıxıb.
Belədə onu Pusi əvəzləyib və bu barədə hakimlərə məlumat verilib.
HƏBİB / SPORTİNFO.AZ