Yeni sponsor kluba avtobus alınmasına nə qədər pul ayırıb? - TƏFƏRRÜAT

11 Mart 2023 23:00 Turan 773
Yeni sponsor kluba avtobus alınmasına nə qədər pul ayırıb? - TƏFƏRRÜAT

“Turan Tovuz”a yeni avtobusun alınması son günlərin müzakirə mövzusudur.

9 illik fasilədən sonra Premyer Liqaya qayıdan komandanın üzvləri yaydan bu yana səfərə icarəyə götürülən avtobusla yollanırdısa, bundan sonra üzərində klubun adı və loqosu həkk olunan nəqliyyat vasitəsində gəzəcək.

Avtobusun alınmasından sonra sosial şəbəkələrdə müxtəlif şayiələr dolaşırdı. Biri 200 minlik maşını yeni sponsor “Huner Group”un aldığını iddia edirdi, digəri Futbolun İnkişaf Fondunun “100k” layihəsini önə çəkirdi, bir başqası iş adamlarının səxavətini vurğulayırdı.

FİF-in icraçı direktoru Tural Piriyev “feysbuk” səhifəsində etdiyi paylaşımla detalları açıqlayaraq söz-söhbətlərə son qoyub:

"Turan100k" layihəsi tamamlandı, avtobusu aldıq və axşam Tovuza yola düşür. Yaxın günlərdə söz verdiyimiz kimi ianə edən şəxslərin şəkilləri də avtobusun üzərinə vurulacaq.

Avtobusu 200.000 AZN-ə almışıq, məbləğin tam yarısı “Huner Group” tərəfindən qarşılanıb. Ehtiram müəllimə (şirkətin təsisçisi Ehtiram Quliyev – H.) təkrar təşəkkür edirəm. Ətraflı maliyyə hesabatı təqdim ediləcək.

Müsahibələrdə də qeyd etdiyim kimi, böyük ölçüdə piksel əldə edib, ianə etmək istəyən şəxslər var idi.

İlk mərhələdə kiçik ölçülü piksel alan şəxsləri hədəflədiyimiz üçün böyük ölçüdə ianə etmək istəyən şəxsləri alternativ plan olaraq sonraya saxlamışdıq.

Lazımi şərtlərin təmin olunduğunu (uyğun qiymətə nəqliyyat vasitəsi tapılması, çatışmayan məbləği təmin edəcək tərəfdaşın olması və s.) nəzərə alaraq alternativ planımızdan istifadə etdik”.

Maraq üçün bildirək ki, avtobus Bakıdan Tovuza aparılaraq komandanın ixtiyarına verilib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"