Bir neçə problemləri var

11 Mart 2023 13:20 Turan 513
Bir neçə problemləri var

“Turan Tovuz” ciddi itkilərlə üzləşib.

Qərb təmsilçisi “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq.

Belə ki, Eltun Turabovla Tərlan Quliyevin matçda iştirak edə bilməyəcəyi dəqiqləşib. Hər iki futbolçu zədəsinin müalicəsi ilə məşğuldur.

Komandanın aparıcı simalarından olan Natan Oduva da görüşü kənardan izləyə bilər. “Neftçi” ilə oyunun gedişində ayağından zərbə alan ingiltərəli futbolçunun durumu yaxşı deyil.

Həkimlər Natanı matç saatına qədər hazır vəziyyətə gətirməyə çalışsa da, bunun mümkün olacağı inandırıcı görünmür. Oduva ən yaxşı halda qarşılaşmanın gedişində mübarizəyə qoşula bilər.

Martın 11-də Premyer Liqanın 26-cı turu çərçivəsində baş tutacaq “Turan Tovuz” – “Qəbələ” oyunu saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti