
“Turan Tovuz”da ən yaxşısını edib, azarkeşlərimizi sevindirməyə çalışırıq.
Hədəfimiz dəyişməz qalır”.
Bu sözləri Sportinfo.az-a “Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda komandasının Premyer Liqanın 26-cı turunda üz –üzə gələcəyi “Qəbələ” ilə oyunla bağlı danışarkən deyib.
Son iki oyunda meydanı yenilgi ilə tərk edən qərb təmsilçisi özündən aşağı pillələrdəki rəqibləri yaxına buraxmamaq üçün qəbələlilərlə qarşılaşmadan xal(lar)la ayrılmalıdır.
CAR-lı legioner oyunla bağlı danışarkən ehtiyatlı davranıb, azarkeşlərə qələbə sözü verməyə risk etməyib:
“Premyer Liqanın debütantıyıq, bunu unutmamalıyıq. Birdən-birə təcrübəli və büdcədə bizi üstələyən komandalarla başabaş mübarizə aparmaq çətin deyil.
Etiraf edək ki, Premyer Liqada 6-7 komanda bütün cəhətlərdə bizi üstələyir. Buna baxmayaraq, meydanda can qoyuruq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik.
“Qəbələ”ylə matçda da bacardığımızın ən yaxşısını edəcəyik ki, doğma meydanda fanatlarımızın üzünü güldürək.
Qələbə sözü vermək çətindir. Dediyim kimi, bizdən təcrübəli komandalar var. Amma qələbə qazanmaq üçün çalışacağıq”.
Martın 11-də keçiriləcək “Turan Tovuz” - “Qəbələ” matçı saat 15:00-da başlayacaq.
HƏBİB