“Qarabağ”la “Neftçi”ni misal çəkdi: "Səhvlər olmadan inkişaf olmaz" - İDDİALARA CAVAB

11 Mart 2023 10:40 Turan 549
“Qarabağ”la “Neftçi”ni misal çəkdi: "Səhvlər olmadan inkişaf olmaz" - İDDİALARA CAVAB

Premyer Liqanın son turunda “Neftçi"nin qonağı olan “Turan Tovuz” mövsümdə ən ağır məğlubiyyətin aldı - 0:4.

Amma iddialar var ki, bu, sadəcə baş məşqçi Ayxan Abbasovun kubok öncəsi taktiki gedişi idi.

Axı tərəflər qısa müddət sonra ölkə kubokunun yarımfinal mərhələsində üz-üzə gələcəklər.

Həmin oyunu düşünən Abbasovun çempionat matçına yanaşma ciddiyəti əhəmiyyətli dərəcədə olmayıb.

Hədəf "ağ qaralar"ı arxayın salmaq, kubokda isə həmin boşluqdan istifadə etməkdir.

Bilirik ki, kubokda Ayxan Abbasovun yaxşı təcrübələri var. Kifayət qədər zəif heyətlə "Sumqayıt"da "Qarabağ" və "Neftçi" səddini uğurla keçə bilib.

Həqiqətənmi növbəti şanlı səhifənin yazılması "Turan Tovuz"la planlaşdırılır?

Ümumiyyətlə, "Ayxan Abbasov çempionatı kuboka qurban verdi" iddiası nə qədər həqiqətdir?

Bütün bu suallara bölgə klubunun baş məşqçisinin öz dilindən cavab aldıq:

“Neftçi”yə ağır məğlub olacağımızı gözləmirdik. Həqiqəti demək lazımdır ki, rəqib daha yaxşı təsir bağışladı.

Fasilədən sonra ideal forma yığmışdılar. Buna hazır idik. Hər oyun bizə vacibdir. Elə bir oyun yoxdur ki, üzərindən keçək.

Əlbəttə, müəyyən taktiki gedişlər vardı. Çünki çempionat matçı kubok oyunundan fərqlidir. Kubokda yanaşma fərqli ola bilər.

Oyunumuzu daha sürətli etmək istəyirik. İş gedir, ancaq zaman lazımdır. Bu yolda belə məğlubiyyətlər olacaq.

Qısa müddətdə hər şeyi yerinə otuzdurmaq olmur. Yeni komandayıq. Səhvlər olmadan inkişaf olmaz.

Səhvlər olacaq, lakin həmin səhvlərdən düzgün nəticə çıxarmağımız vacibdir.

“Neftçi” təcrübəli komandadır. Onlar da kuboku qazanmaq istəyirlər. Özlərini buna daha yaxın görürlər.

Hələ kuboka oyunlarına var. Ona kimi bir neçə turun görüşü var.

Komandanın necə durumda olması, zədəli, cəzalı futbolçuların olub-olmaması ciddi əhəmiyyət kəsb edəcək.

Ona görə də erkən nəsə bildirmək olmaz. Əsas odur ona kimi komanda formada qalsın.

Təbii ki, kubok təcrübəmiz var. “Qarabağ”, “Neftçi” kimi rəqiblərlə uğurlu oyunlarımız olub. Amma “Sumqayıt”da kökü olan bir heyət vardı.

İndi daha çətindir. Mübarizədən çəkilmirik, sona kimi mübarizəmizi aparcağıq. Şansımız var və bu şansı dəyərləndirməyə çalışacağıq”.

Bir neçə gün əvvəl qərb təmsilçisi ilə yayda bitəcək müqaviləsini daha 3 illik artıran Ayxan müəllim məqsədlərinin uzunmüddətli dövrü əhatə etdiyini bildirib:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda