Ağsuvar xan - “Turan Tovuz”un oyunlarıda o ad nəyi ifadə edir?

9 Mart 2023 16:40 Turan 1 384
Ağsuvar xan - “Turan Tovuz”un oyunlarıda o ad nəyi ifadə edir?

“Turan Tovuz”un ev və səfər oyunlarında qərbli azarkeşlərin yer aldığı tribunadakı mənzərə diqqət çəkir.

Hər matçda plakat açılır ki, əski parçasının üzərindəki söz marağa səbəb olur:

“Bir gün deyil, hər gün dəyərlisiz. The hunans”.

İlk cümlənin nəyə eyham vurulduğunu anlamaq çətin deyil. Sual doğuran məqam “the hunans”dır.

Əksəriyyət bir-birinə həmin sözün nəyi ifadə etdiyini soruşur, ingilis dilindəki sözün hunlarla əlaqəli olub-olmaması ilə maraqlanır.

Bəli, söhbətin kökü Böyük Hun İmperiyasına gedib çıxır. Tovuzlu futbolsevərlərdən qurulmuş qeyri-rəsmi azarkeş qrupu yer aldıqları tribunaya məhz “hunlar” adını seçib.

21 türk tayfasının birləşməsindən yaranmış imperiya özündə türkçülüyü əks etdirir. 5-ci əsrdə Ağ Hun hökmdarı Ağsuvar xanın “Turan taktikası”ndan istifadə edərək sasaniləri məğlub etməsi klubun adı ilə imperiyanın adının birləşməsində şübhə yeri qoymur.

Maraq üçün bildirək ki, Tovuzda vaxtilə Girzan kimi tanınan kənd 2012-ci ildən Hunanlar adlanır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"