
“Tovuzda hamı məni çox yaxşı qarşıladı, buradakı insanlar mehribandır və kömək etməyə hazırdır.
Hər kəsə çox təşəkkür etmək istəyirəm.
Özümü çox yaxşı hiss edirəm. Ümid edirəm ki, biz birlikdə yaxşı işlər görəcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un forvardı Belajdi Pusi dilə gətirib.
Albaniyalı legioner qış fasiləsində bölgə klubuna transfer olunub. O, arxada qalan müddətdə 7 oyun keçirsə də hələ fərqlənməyi bacarmayıb.
Aktivində cəmi 1 asisti olan Pusi isə qolları sıralayacağına ümidlidir:
“Komandaya qoşulmağımdan çox keçməyib. Önəmli olan komandamın yaxşı çıxış etməsi və qalib gəlməsidir.
İnanıram ki, qollarım da çox tezliklə gələcək. Heyrətamiz azarkeşlərimiz çox şeyə layiqdir”.
XANOĞLAN