Premyer Liqada debüt edən 17 yaşlı gənc haqda MARAQLI BİLGİLƏR - FOTOLAR

8 Mart 2023 19:00 Turan 50 461
Premyer Liqada debüt edən 17 yaşlı gənc haqda MARAQLI BİLGİLƏR - FOTOLAR

“Turan Tovuz” hesabat turunda “Neftçi”dən 4 cavabsız top buraxsa da, oyun əlamətdar hadisə ilə yadda qaldı.

Belə ki, qərb təmsilçisinin heyətində 17 yaşı ötən ilin oktyabrında tamam olan Sadiq Şəfiyev Premyer Liqada debüt imkanı qazandı.

Gənc və yerli futbolçulara dəstək verməsi ilə ad çıxaran baş məşqçi Ayxan Abbasov əvəzedici komandanın üzvünü 87-ci dəqiqədə Natan Oduvanın əvəzinə döyüşə atdı.

Sadiq Şəfiyev kimdir?

2005-ci ilin oktyabrın 17-də Gəncədə dünyaya gələn səbəbkar 5 yaşından “Kəpəz”ə yazılıb və futbolun sirlərini öyrənməyə başlayıb.

2016-cı ildə həmyaşıdları arasında ölkə çempionatının ən məhsuldar futbolçusu seçilib ki, elə həmin il SOCAR-ın təşəbbüsü əsasında Fransada təşkil olunan Avropa çempionatının final oyununa aparılıb. Təbii ki, azarkeş qismində.

“Qəbələ” futbol akademiyasının seleksiyaçılarının diqqətini çəkən Sadiq 2017-ci ildə bölgə təmsilçisinin sıralarına qoşulub.

2020-ci ilə qədər orada olub, 2020-ci ildə özünə doğma olan “Kəpəz”ə qayıdıb. 2021-ci ilin yayından “Turan Tovuz”un sıralarındadır.

Ötən il hazırkı komandasının heyətində Birinci Divizionda 9 qol vuran Şəfiyev hazırda U-19 millimizin üzvü və kapitanıdır.

Ayxan Abbasov gənc hücumçunun potensialına inanır və çempionatın növbəti görüşlərində ona və digər cavanlara şans verəcəyini gizlətmir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"