AFFA 100 min manat ödədi ki… Bir avtobusun sirri

8 Mart 2023 14:40 Turan 903
AFFA 100 min manat ödədi ki… Bir avtobusun sirri

Bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Turan Tovuz"un avtobus problemi həll olunub.

Qərb bölgəsi təmsilçisinə 200 min manat dəyərində olan yeni nəqliyyat vasitəsi alınıb.

Futbolun İnkişaf Fondunun (FİF) rəhbəri Tural Piriyev məbləğin yarısını fondun, yarısını isə "Turan Tovuz"un əsas sponsoru olan "Hüner Group" ödədiyini bildirib:

"Avtobusun qiyməti 200 min manatdır. Bu vəsaitin 100 min manatı "Turan Tovuz 100 k" layihəsindən yığılıb. Digər 100 min manatı isə "Hüner Group" ayırıb.

İlk məqsədimiz o idi ki, vəsaiti fərdi olaraq insanların aldığı 1-4 piksellərlə toplayaq. Daha sonra bölgədən olan sahibkarlar var idi ki, böyük ölçüdə piksellər almaq istəyirdilər.

Biz onları ilkin mərhələdə saxlamışdıq ki, fərdi şəxslər aktiv şəkildə iştirak etsinlər.

İkinci mərhələdə həmin şəxsləri cəlb etdik və onların hesabına "Turan Tovuz 100 k" layihəsi tamamlandı".

Əslində isə… Tamamlanmadı. FİF-in icraçı direktoru "Turan Tovuz 100 k" layihəsinin uğurlu alındığını desə də, həqiqət başqadır.

Nəzərdə tutulan vəsait burada yığılmayıb. Avtobusun alınması üçün tələb olunan vəsaitin yarısını "Hüner Group" veribsə, qalan məbləğ AFFA tərəfindən ödənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"