Azərbaycan klubunu himayəsinə götürən biznesmendən MARAQLI QƏRAR

6 Mart 2023 14:40 Turan 720
Azərbaycan klubunu himayəsinə götürən biznesmendən MARAQLI QƏRAR

«Turan Tovuz»u himayəsinə götürən Ehtiram Quliyevin gələn mövsümlə bağlı daha bir planı məlum olub.

Doğma rayonunun təmsilçisinə sahib çıxan iş adamı növbəti «futbol ili» üçün komandanın qarşısına yüksək hədəflər qoymayıb.

Tikinti sektorunda ad çıxaran biznesmen Premyer Liqada orta yerlər uğrunda mübarizə aparacaq kollektiv formalaşdırılmasını istəyib.

Tovuzun elita səhnəsinə yenicə qayıtmasını nəzərə alan E.Quliyev birdən-birə ciddi məqsədlər uğrunda mübarizə aparmağın mümkün olmadığı fikrini qəbul edib, öncə diqqəti infrastrukturun qurulmasına, akademiyanın fəaliyyətinin yaxşılaşdırılmasına yönəldib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!