"Bu oyunlar bizim üçün vacibdir" - Ayxan Abbasov

5 Mart 2023 21:50 Turan 528
"Bu oyunlar bizim üçün vacibdir" - Ayxan Abbasov

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turunun "Neftçi" (4:0) ilə görüşündən sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Abbasov matçla bağlı danışıb. Bununla yanaşı, jurnalistlərin suallarını cavablandırıb.

"Təəssüf ki, azarkeşləri sevindirə bilmədik. Allah qoysa, gələn oyunda sevindirərik. "Neftçi" çempionatdakı bəlkə də, ən yaxşı oyunu oynadı. İlk dəqiqələrdən yüksək tempi gözləyirdik. Amma bu dərəcədə olacağını, onlarda hər şeyin alınacağını ehtimal etmirdik. Onların necə hücum quracağına hazırlaşmışdıq. Amma onlar qollar nəticələndi. İkinci hissədə nəyisə dəyişməyi istədik. Bilirdik ki, rəqib bizi əks-hücumlarda tutacaq. Üzücü məğlubiyyət oldu. Amma bu oyunlar bizim üçün vacibdir. Kubokda da onlarla qarşılaşacağıq. Futbolçularımızın bu cür rəqiblərə qarşı, bu cür tempdə mübarizə aparıb, inkişaf etməsi vacibdir. Gələn oyuna hazırlaşacağıq.

- Bu cür məğlubiyyət kubokdakı yarımfinal oyunundan öncə psixoloji cəhətdən komandaya pis təsir edəcək?

- Yox, kubok oyunları başqa ab-havada olur, başqa yanaşma həyata keçirilir. Bu oyunda “Neftçi”ni tam tanımaq üçün bəzi sınaqları keçirdik. Qışdan sonra “Neftçi”də yaxşı mənada dəyişikliklər var. Gələn futbolçular komandaya güc qatıblar. Bizə də maraqlı idi. Neçə oyundur onları analiz edirik, fərq hiss olunurdu. Bizim üçün kiçik imtahan oldu. Kubok oyununa daha yaxşı hazırlaşmalıyıq. Futbolçuların yaxşı formada olması önəmlidir.
Belajdi Pusinin də çempionatın ab-havasına düşməsini istəyirik. “Sabah”la oyunda çox yaxşı çıxış etmişdi. Kubokda da fikirləşəcəyik, bəlkə başqa sistemdə oynadıq. İlk oyun Tovuzdadır, üstünlüyümüz olacaq. Təki futbolçularımız saxlam olsun.

- İlk yarıda komanda müdafiəyə qapanmışdı. Rəqibin təzyiqi ilə bağlı idi, yoxsa xüsusi tapşırığınız belə olmuşdu?

- Rəqibin təzyiqi ilə bağlıdır. “Neftçi” yaxşı təzyiq edirdi. Digər matçlarda 20 dəqiqədən sonra dayanırdılarsa, bu dəfə 90 dəqiqə bizi təzyiqdə saxladılar. Planımız başqa idi, rəqib imkan vermədi.

Digər Xəbərlər
Xəbər Lenti