“Vatsap”da və sosial şəbəkələrdə mesajlar yazırlar ki…“

5 Mart 2023 20:00 Turan 710
“Vatsap”da və sosial şəbəkələrdə mesajlar yazırlar ki…“

“Sponsorun gəlişi olduqca xoş haldır.

Bu, həm şəraitin yaxşılaşması, həm də gələcəkdə heyətin güclənməsi baxımından xeyrimizədir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un kapitanı Şəhriyar Əliyev deyib.

Doqquz illik aradan sonra Premyer Liqaya qayıdan əyalət təmsilçisi “Huner Group”la sponsorluq müqaviləsi imzaladı. Sözügedən şirkət 4,5 il ərzində qərb klubuna hamilik edəcək.

Cari mövsümdə “Şamaxı“dan bura gələn müdafiəçi yeni tərəfdaşın ortalığa çıxmasıyla əlaqədar çoxsaylı təbriklər aldığını bildirib:

“Komandada inam var və həmin inam bizi get-gedə daha çox ruhlandırır. İstək, etibar və motivasiya yüksəkdir.

Hər oyundan əvvəl danışırıq ki, bu, ölüm-qalım mübarizəsidir. Meydanın hər santimetri uğrunda mübarizə aparmalıyıq.

“Vatsap”da və sosial şəbəkələrdə mesajlar yazır, uğur arzulayırırlar. Azarkeşlərin də stadionda bizə necə dəstək verdiklərini görürsüz”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti