Doqquz illik fasilədən sonra Premyer Liqaya qayıdan «Turan Tovuz»un neövbəti mövsümlə bağlı müəyyən planlarına aydınlıq gəlib.
Klubun yeni sponsoru Ehtiram Quliyev ilk növbədə Ayxan Abbasovu burada saxlamaq niyyətindədir.
«Hünər Qrup»un təsisçisi və direktoru ötən ilin yayından etibarən burada çalışan baş məşqçi ilə uzunmüddətli anlaşmanın əldə olunmasına tərəfdardır.
O, artıq bununla bağlı funksionerlərə müvafiq göstərişlər verib.
Tanınmış iş adamı komandanın cari sezondakı debütündan çox razıdır. Niyə də yox? Qərb təmsilçisi 20 tur ərzində 26 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə yerləşib.
SPORTİNFO.AZ

