Son oyunlarda rəqib tanımayan “Turan Tovuz” Premyer Liqanın 24-cü turunda “Zirə”ni qonaq edib.
Tovuzda baş tutan gərgin və maraqlı oyunda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, məğlubiyyət yerli futbolsevərlərin üzüntüsünə səbəb olub. Matçın başa çatmasında dəqiqələr qalmış futbolsevərlərin bir qismi stadionu tərk edib.
Lakin böyük əksəriyyət Rauf Allahverdiyevin final fitini gözləyib. Referi oyunun başa çatdığını bildirən kimi tribunalar “dilə” gəlib.
Məğlubiyyətə baxmayaraq, tovuzlu fanatlar “Turan Tovuz” və “Ayxan, Ayxan” şüarlarını səsləndirməklə məğlub komandanın futbolçularına və baş məşqçisinə dəstək olub. Futbolçularla Ayxan Abbasov minnətdarlığını tribunalara əl çalmaqla bildirib.
Bir neçə dəqiqə davam edən məlum mənzərə stadionda maraqlı mənzərənin yaranmasına səbəb olub.
HƏBİB

