On(lar)dan day bundan artıq nə gözləyirsiz axı!

25 Fevral 2023 15:00 Turan 632
On(lar)dan day bundan artıq nə gözləyirsiz axı!

Ardıcıl bir neçə qələbə?

Bu, belə pis çıxmasın, «Turan Tovuz»un başı üçün deyil.

Olsa, nə gözəl. Olmasa da, eyib etməz.

«Turan»dır bu, 9 ildən sonra səhərini Premyer Liqada açan, axşamüstü I Diviziona dönmək istəməyən debütant.

Onun «yük»ü çox ola bilməz. Gücü nəyə çatırsa, onu da daşıyacaq. Daşıyır dı. Mövsümün başa çatmasına hələ çox qalıb, debütant isə orta sıralarda dolaşır, aşağı tərəfələrə boylanmır.

Bundan böyük qələbə? Tapşırıq yerinə yetirilib.

«Sabah» üzərində ötən həftəsonu əldə olunan sürpriz qalibiyyətin ardınca doğma rayonda məğlubiyyət bir az qəribə görünür, elə bil.

Sosial şəbəkələrdə statuslar görürəm, kimin ağlına nə gəlir, onu da yazır. Başa düşmək istəmirlər ki, «Sabah»dan sonra «Zirə»yə yenilmək nə dünyanın əvvəlidir, nə də sonu.

Tovuzlu futbolçular eyforiyaya qapılmayıb, hansısa başqa xəstəliyə yoluxmayıblar. Bir Piruzinin olmaması ilə orta sahəsi boş görünən «Turan» ilk hissədə qonaqlara nə edəcəyini yadına salmaqda çətinlik yaşadı.

Bütün gücünü Masazırda qoyub gəlmiş «Turan»ın qapısında gördüyü ikinci qola başqa nə ad vermək olar?

Gecə yatmayıb 03:00-dək «Qarabağ»ın «Gent»lə oyununu izləmiş və dilxor halda özünü çarpayının üzərinə atmış futbolçular ikinci hissədə ayılıb, məğlubiyyətdən xilas olmağın yollarına baş vuranda yenə gec deyildi.

İki fürsətlə burun-buruna gəlib, sonda boş tərpəndilər.

Güc o deyil, səviyyə o deyil, liqada yerini qorumaqdan başqa məqsədi olmayan komandadır da, ondan day bundan artıq nə gözləyirsiz axı.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti