“Oyuna yaxşı hazırlaşmışdıq, məsuliyyətimizi hiss edirdik.
Komandada hər kəs yarımfinal həyəcanı yaşamaq istəyirdi. Şükürlər olsun, hədəfimizə çatdıq”.
“Turan Tovuz “un qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a açıqlamasında komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Kəpəz”ə qarşı baş tutan matçını dəyərləndirib.
Meydan sahibləri ilk hissənin gedişində 2:0 hesabı ilə önə keçsə də, buraxılan ardıcıl qollarla hesab bərabərləşdi.
Lakin fasilədən sonra “Turan Tovuz” kifayət qədər çətin anlar yaşadı. Qonaqlar bir qədər dəqiqlik nümayiş etdirə bilsəydi, sonluq fərqli olacaqdı.
Tərlan komandasının ikinci hissədə qol və ya qollar vura bilməmələrinin səbəbini oyun yox, nəticə haqda düşünmələri ilə əlaqələndirib:
“Oyuna əla başlayıb qısa müddətdə 2 qol vurduq. Hətta bir neçə qol şansımız da oldu. Lakin sonradan fərdi səhvlər üzündən buraxdığımı qollarla rəqibin həvəslənməsinə şərait yaratdıq.
Gizlətmirəm, fasilədən sonra əsasən hesabı qorumaq üçün nəticə üçün oynayırdıq. Və yekunda hər şey biz istəyən kimi oldu”.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən “Turan Tovuz” doğma azarkeşləri önündə bu rəqiblə 2:2 bərabərə qalmaqla yarımfinalda “Neftçi”yə rəqib olub.
HƏBİB

