“O, hər həftə icra başçısına klub barədə hesabat verir”

19 Dekabr 2022 17:40 Turan 815
“O, hər həftə icra başçısına klub barədə hesabat verir”

“Klubumuzun gündəlik fəaliyyəri rayonumuzun İcra Hakimiyyətinin diqqətindədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un idman direktoru Nadir Nəbiyev deyib.

O, icra başçısı Məmməd Məmmədovun bütün məsələlərlə yaxından maraqlandığını bildirib:

“Tez-Tez İcra Hakimiyyətində görüşlərimiz olur. Məmməd müəllim kluba xüsusi nümayəndə ayırıb. Həmin şəxş müavinlərdən biridir.

Müavin başçıya həftəlik hesabat verir. Hanısa təşklilatı işdə problem yaranırsa, deyirik, onu tez həll edirlər.

Bu, bizim üçün çox vacibdir. Düzdür, maddi dəstəyi yalnız AFFA-dan alırıq, ancaq İcra Hakimiyyətinin də “Turan”ə köməyi çox dəyir.

Yayda yeni mövsümə hazırlaşanda kluba kömək edən yeganə şəxs məmməd müəllim olmuşdu. O, olmasaydı, futbolçulara ödəmə edə, Gürcüstanda toplanış keçə bilməzdik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti