ONU YANDIRIR - "Neftçi"nin ovcunun içindən sivişib çıxması

17 Dekabr 2022 10:40 Turan 1 212
ONU YANDIRIR - "Neftçi"nin ovcunun içindən sivişib çıxması

2-1-6.

İki qələbə, bir heç-heçə, 6 məğlubiyyət.

Bu, 9 illik aradan sonra Premyer Liqaya dönən «Turan»ın Tovuzda keçirdiyi oyunların statistikasıdır.

Rəqəmlərdən göründüyü kimi, debütant topladığı 16 xaldan yalnız 7-sini doğma azarkeşləri önündə əldə edib.

«Neftçi» ilə qarşılaşmanı digərlərindən ayırmaq istərdim. Düzdür, qonaqlar Tovuz səfərindən 3 xalla ayrıldı, amma qələbəyə daha yaxın olan tərəf «Turan» idi.

Ən azından, 1 xal onların olmalıydı.

Runi Eva ikinci hissənin ortasında yaxın məsafədən bap qapını nişan alsaydı, haqq-ədalətin öz yerini tutmasından danışardıq indi.

Kamerunlu hücumçunun yüngülvari zərbəsi dirəyə tuş gəldi, «Turan»ın da vərəqi çöndü.

Adi epizodların birində top Faiq Hacıyevin əlinə dəydi, istiqamətini dəyişdi, Emin Mahmudov penaltini qaçırmadı, bununla da, vəssalam-şüttamam! Hər şey əldən çıxdı.

Ayxan Abbasova sual verdilər ki, Evanın əlinin qəsdən sıxmadız? Cavabı bu oldu ki: «Yox, vallah…».

Belə «sınma» dəqiqələri hər məşqçinin başına gəlir. Nə desin o? Yanıb-tökülməsin? Son həftələrin ən zəif «Neftçi»sinin ovcunun içindən sivişib çıxmasına necə üzülməsin!

Adamın gözünə yuxu getməz e!

Ta əvvəldən oyun intizamını qoru, bura kimi gəl və… ədalətsiz yekuna razılaş. Dəhşət saçan duyğudur.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti