"Neftçi"nin baş məşqçisi reaksiya verdi: "Qorxurlar" - FOTOLAR

17 Dekabr 2022 02:00 Turan 792
"Neftçi"nin baş məşqçisi reaksiya verdi: "Qorxurlar" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Neftçi" "Turan Tovuz"un qonağı olub.

Tovuz şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 73-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bu nəticədən sonra xallarının sayını 35-ə çatdıran paytaxt təmsilçisi üçüncü pillədə qərarlaşıb. Tovuz klubu 16 xalla 6-cı sıradadır.

"Futbolçular süni meydanda oynamaqdan qorxurlar" - bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

47 yaşlı mütəxəssis matçın çətin keçdiyini bildirib:

"Tovuzda çox gözəl infrastruktur yaradılıb. Azarkeşlər oyunlara gəlirlər. Amma meydanın ot örtüyü dəyişdirilsə, ölkə futbolu üçün daha yaxşı olar.

Həm oyunçular, həm də Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada keyfiyyətli komandalar var.

Bu cür görüşlərə hazırlaşmaq çətindir. Burada əsas məqsəd mükəmməl futbol sərgiləmək yox, üç xalla Bakıya dönmək idi".

Rumıniyalı baş məşqçi hər gün təbii otun üzərində məşqlər etdiklərini və süni örtüyün komandaya problem yaratdığını vurğulayıb:

"Birinci hissədə Fərid Yusifli sıradan çıxdı. Onun əvvəlcədən xroniki zədəsi var idi və əməliyyat olunacaq".

Regekampf Qodsvey Donyonun məşqdə zədələndiyini xatırladıb: "O, qaçarkən sürüşüb. Ağrıları möhkəmləndiyi üçün Donyonu oynatmamaq qərarına gəldik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti