Azərbaycanda məğlub komandanı ayaqüstə alqışladılar – MARAQLI VİDEO

16 Dekabr 2022 19:40 Turan 724
Azərbaycanda məğlub komandanı ayaqüstə alqışladılar – MARAQLI VİDEO

Premyer Liqanın 17-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edib.

Ev sahibləri 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, oyunboyu xoş təsir bağışlayıb.

Qərblilərin hücumçusu Runi Eva əlinə düşən 100 faizlik şansları boşa verməsəydi, yekun nəticə fərqli ola bilərdi.

“Turan Tovuz” uduzsa da, azarkeşlər stadionu məmnun tərk edib. Buna səbəb sərgilənən məzmunlu oyun və yaradılan qol imkanları olub.

Əliyar Ağayevin final fitindən sonra stadionda maraqlı anlar yaşanıb. Tribunalardakı azarkeşlər rəqib futbolçuları fitə basıb. Əvəzində uduzan sevimli futbolçularını ayaqüstə alqışlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anların görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti