“Turan Tovuz”un forvardı Nathan Oduva Sportinfo.az-a açıqlama verib.
İngiltərəli hücumçu Qətərdə davam edın DÇ-2022-ni dəyərləndirib.
O, ilk öncə ölkəsinin çıxışı barədə danışıb: “Oyunları yaxından izləyirəm. İngiltərənin Fransaya məğlubiyyətinə üzüldüm.
Mən onların bu Dünya Kubokunda daha yaxşı çıxış edəcəklərin düşünürdüm. Sadəcə alınmadı. Yaxşı oyandığımız halda halda turniri belə tərk etməyimiz çox təəssüf doğurur”.
Dünya Kubokunda bu gün yarımfinal mərhələsini start götürür. İlk oyunda Argentina Xorvatiya millisi, ikinci oyunda isə Fransa və Mərakeş yığmaları üz-üzə gələcək.
Maraqlıdır, 26 yaşlı futbolçunun indiki favoriti kimdir?
“Bizi gərgin oyunlar gözləyir. Proqnoz vermək çətindir. Amma qalib gəlməsini istədiyim yığma Mərakeşdir.
Çünki onlar Afrika bayrağını dalğalandırırlar. Amma Messinin çempion olmasına da xoşbəxt olardım”.
Nigeriya əslli futbolçu Londonda dünyaya gəlib. "Tottenhem"in yetirməsi olan futbolçu bu ölkənin aşağı yaş milli komandalarında 12 oyunda forma geyinib.
XANOĞLAN

