"Neftçi" ilə oyun öncəsi kapitandan futbolçulara KABAB JESTİ - FOTO

13 Dekabr 2022 17:00 Turan 1 158
"Neftçi" ilə oyun öncəsi kapitandan futbolçulara KABAB JESTİ - FOTO

"Turan Tovuz" Premyer Liqanın son 4 turunda qələbə üzünə həsrətdir.

Komanda sonuncu dəfə doğma meydanda "Sumqayıt"a qalib gəlib - 1:0.

Qarşıdakı matç isə çempionatın iddialı komandalarından sayılan "Neftçi"dir.

Bu komandalar arasındakı ilk qarşılaşmada surpirz nəticə qeydə alınmışdı. Belə ki, bütün proqnozların əksinə olaraq, Ayxan Abbasovun yetirmələri çətin Bakı səfərindən bir xalla qayıtmağı bacarmışdı - 1:1.

Deyəsən, bölgə klubu həmin xalın təsadüfi olmadığını sübut etmək istəyindədir.

Hər halda əzəli rəqiblə oyun öncəsi düşərgədə yaşananlar bunu deməyə əsas verir. Onsuz da sonuncu oyunda - qərb derbisində "Kəpəz" üzərində qazanılan səfər qələbəsi (1:2) ab-havanı kifayət qədər yaxşılaşdırıb.

Bunu daha da gücləndirmək üçün "ağ qaralar"la oyundan əvvəl kapitan başqa bir addım da atıb.

O, futbolçuları başına cəm edərək, onlara qonaqlıq verib.

Söhbət Kamal Bayramovun hər kəsi manqal başına yığmasından gedir. O, şəxsən özü komanda yoldaşlarına kabab çəkib.

Əyləncəli keçən məclis həm aclığı aradan aparıbsa, həm də "Neftçi" ilə oyun öncəsi əlavə ruh yüksəkliyinə səbəb olub.

İngiltərəli hücumçu Nathan Oduva isə həmin anın fotosunu öz "instagram" hesabında izləyiciləri üçün paylaşıb.

Xatırladaq ki, Tovuz şəhər stadionunda keçiriləck "Turan Tovuz" - "Neftçi" oyunu 15 dekabr, saat 14:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti