“Məğlubiyyətimiz bununla əlaqədardır, oyunçu bazamız yoxdur“

11 Dekabr 2022 10:40 Turan 758
“Məğlubiyyətimiz bununla əlaqədardır, oyunçu bazamız yoxdur“

“Turan Tovuz”un qapıçısı Kamal Bayramov Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 16-cı turunda “Zirə”yə məğlubiyyət (1:2) barədə danışıb:

“Oyuna yaxşı hazırlaşmışdıq. Amma ciddi itkilərimiz olduğu üçün çətin oldu. Buna baxmayaraq, yenə uşaqlar 90 dəqiqə mübarizə apardılar.

Son 10-15 dəqiqədə yorğunluq yarandı. Meydan sahibi basqını artırdı və öz diqqətsizliyimizdən qollar buraxdıq.

Bir xal götürə bilərdik. Diqqətsizlik və gənc futbolçuların təcrübəsizliyi məğlubiyyətə gətirib çıxardı.

Zədəli təcrübəli oyunçularımızı əvəzləyəcək oyunçu bazamız yoxdur. Çalışcağıq ki, qarşıdakı oyunlarda bu xal itkilərini sığortalayaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti