“Turan Tovuz”un yarımmüdafiəçisi Piruzi Marakvelidze Sportinfo.az-a açıqlama verib.
Gürcüstanlı legioner ölkə kubokunun ¼ final mərhələsinin ilk oyununda “Kəpəz” üzərində qazandıqları qələbə (2:1) haqqında danışıb:
“Kubok oyunları fərqli yarışdır. Burada maksimum səbrli və diqqətli olmaq lazımdır. İlk oyun bizim üçün yaxşı nəticə ilə yekunlaşdı.
Xüsusilə birinci hissə çox çətin keçdi. Amma ikinci hissənin yaxşı oynadığımızı düşünürəm”.
27 yaşlı orta xətt oyunçusu cavab görüşü üçün komandasının şanslarını da dəyərləndirib:
"Kəpəz" güclü komandadır. İkinci matç da gərgin keçəcək. Hədəfimiz yarımfinala yüksəlməkdir. Düşünürəm ki, biz buna nail ola bilərik. Ümid edirəm ki, belə də olacaq".
XANOĞLAN

