Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Mərhələnin ikinci günündə 2 matç baş tutacaq.
Günün ilk qarşılaşması Gəncədə təşkil olunacaq. Qərb derbisində “Kəpəz” və “Turan Tovuz” üz-üzə gələcək.
Tovuz təmsilçisinin kapitanı Kamal Bayramov Sportinfo.az-a qərb derbisindən gözləntilərini açıqlayıb
"Oyunun əhəmiyyəti böyükdür. Hər iki komanda üçün belədir. Son məşqimiz dünən oldu. Ümumi ab-hava normaldı. Hər kəs "Kəpəz"lə oyun köklənib.r
Ağır oyun olacaq. Amma kubok görüşü iki oyundan ibarətdir. Səbrli olmalıyıq. Rəqib meydanından lazımlı nəticəylə dönmək üçün son dərəcə diqqət tələb olunur.
Əzəli rəqiblə derbidə azarkeşlərimiz də bizə dəstək olacaq. Onların sonda sevinməsi bizim üçün xoş olar".
XANOĞLAN

