2 gün sonra Azərbaycan futbolunda növbəti qərb derbisi tutacaq.
Bu dəfə "Kəpəz" və "Turan Tovuz" Azərbaycan kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək.
Görüş öncəsi Tovuz təmsilçisi komandanın liderlərindən sayılan Şəhriyar Əliyevdən şad xəbər alıb.
Belə ki, zədəsini sağaldan kapitan dünəndən komandanın hazırlığına qoşulub.
Təcrübəli futbolçu derbidə Ayxan Abbasovun sərəncamında olacaq.
"Sabah"la oyunda (0:1) zədələnən mərkəz müdafiəçisi bu səbəbdən son turun "Zirə" ilə matçını (1:2) buraxmışdı.
Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Turan Tovuz" görüşü 9 dekabr, saat 14:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

