“Turan” qışı bu ölkədə keçirəcək – Üç axtarış

8 Dekabr 2022 00:50 Turan 645
“Turan” qışı bu ölkədə keçirəcək – Üç axtarış

“Turan Tovuz” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Sportinfo.az xəbər verir ki, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.

Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar.

Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ bəlli deyil.

Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti