OTUR AĞLA - Bu komanda son pilləni tutmasa…

7 Dekabr 2022 14:40 Turan 590
OTUR AĞLA - Bu komanda son pilləni tutmasa…

Dərd gələndə batmanla gəlir.

«Turan Tovuz»u qoy qabağına, otur ağla.

Ayxan Abbasov bir az da dindirən olsa, göz yaşlarını tuta bilməyəcək.

Doğrudan da, onun işi bir Allaha qalıb! Tanrı kömək eləməsə, «Turan» gələn həftə meydana çıxarmağa futbolçu tapmayacaq.

Axırda Abbasovun özü əyninə forma keçirib, yaşıl sahəyə ayaq basmağa məcbur qalmasa yaxşıdır.

Hər oyunda 2-3 nəfər sıradan sıxır. Səbayil Bağırov «Zirə» ilə qarşılaşmaya əsas heyətdə çıxır və sonadək əvəzlənmirsə, indi özünüz fikirləşin də, Ayxan Abbasov nə çəkir!

«Turan Tovuz» fiziki cəhətdən hazırlıqlıdır, başqalarına uduzmurlar. Sadəcə, komandanın səviyyəsi aşağı, zədəliləri çoxdur və bu, yeddinci-səkkizinci yerlər uğrunda mübarizə aparmağı çətinləşdirir.

Mövsümü son pillədən yuxarı yerdə bitirsələr, Tovuzu bayram yerinə çevirsinlər.

Mən olsam, Tərlan Əhmədlini də bir müddət «məcburi istirahət»ə göndərərəm. Səhvləri çoxdur.

Kamal Bayramov nə qədər qoca olsa da, min cavana dəyər. «Zirə» ona görə ikidən artıq qol vura bilmədi.

Keçmiş komandası önündə ikinci cavanlığını yaşadı, xeyli top çıxardı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!