“Təbii ki. “Şamaxı”da 4 ay oynamaq formamı bərpa etmək baxımından mənə yaradı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Natan Oduva deyib.
“Tottenhem”in yetirməsi olan ingiltərəli forvard bildirib ki, “Turan Tovuz”a problemsiz, hazır gəlməsi işinə yarayıb:
“Üstəlik, artıq Azərbaycan futbolu ilə tanışam, rəqibləri tanıyıram. Bəlkə də kənardan asan görünür.
Amma futbolçu üçün bu kimi detallar olduqca vacibdir. Ölkəni və futbolu tanımaq, formada olmaq, komandaya vaxtında qoşulmaq və sair - bunlar çox vacib müanslardır.
Tovuz bakıdan xeyli uzaqda yerləşir, amma mən burada özümü yaxşı hiss edirəm. Çünki kollektivdə atmosfer gözəldir və hamı bir-birinə dəstək olur”.

