“Yığma komandaya kənar ölkələrdən gətirilən futbolçuların milli ruhda olmadığını, meydanda can qoymadığını iddia edənlər var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
Millinin sabiq müdafiəçisi əməkdaşımızın “özümüzdə bu qədər mərkəz müdafiəçisi ola-ola, İranda oynayan Höccət Haqverdiyə gərək varmı” sualına cavabında bunları söyləyib:
“Nə demək istədiyinizi başa düşürəm. Mən də sizə bir məqamdan danışım. Bəlkə də kənardan elə görünür, bir söz deyə bilmərəm.
Amma bir şeyi unutmayaq ki, oyunlar zamanı qələbə və heç-heçələrə görə mükafat təyin olunur.
Hətta futbolçu hər nə qədər meydanda can qoymaq istəməsə, yaxud qoymasa belə, mükafat üçün hər bir oyunçu ortaya ürəyini qoyar.
Deməyim odur ki, milliləşdirilmiş futbolçuların ürəksiz olduğunu, yaxud qələbə üçün oynamadığını düşünmək düzgün deyil.
O ki qaldı Höccətə, baş məşqçinin seçimidir. Təki qələbə qazanaq, xalqın üzü gülsün”.

