1 dəqiqə oynadı, 3 həftəlik "məcburi istirahət"ə çıxdı – NÖVBƏTİ PROBLEM

2 Dekabr 2022 15:00 Turan 726
1 dəqiqə oynadı, 3 həftəlik "məcburi istirahət"ə çıxdı – NÖVBƏTİ PROBLEM

"Turan Tovuz"un problemli futbolçularının sırasına daha bir ad əlavə olunub.

Komandanın yarımmüdafiəçisi Henri Okebuqvu ili başa vurub.

Nigeriyalı legioner Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində doğma meydanda "Sabah"la keçirilən matçın 1-ci dəqiqəsində zədələnib.

Afrikalı qarşılaşmanı davam etdirə bilməyib və onun əvəzinə meydana Veysəl Rzayev daxil olub.

Son müayinə Okebuqvunun ayaq əzələsində dartınma olmasını aşkarlayıb - minimum 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Ondan öncə Xulu Siyanda sıradan çıxıb. CAR millisinin növbəti yoxlama görüşündə iştirak edən müdafiəçi Anqola ilə 1:1 başa çatan görüşüni 45+4-cü dəqiqəsində əvəzlənib.

İkili mübarizə zamanı çiynindən zədə alan arxa xətt oyunçusunun müayinəsi problemin ciddi olmasını üzə çıxarıb. Körpücük sümüyü sınan Siyanda ölkəsində təcili əməliyyat edilib.

İlkin diaqnoza görə, o, ən azı 6 həftə yataq rejimində reablitasiya kursu keçməlidir. Beləcə, CAR-lı legioner üçün il vaxtından əvvəl başa çatıb. Afrikalı yanvarın ikinci yarısından tez Azərbaycana dönməyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti