“Onun transferimi necə israrla istədiyini bilıncə, buranı seçdim”

1 Dekabr 2022 22:20 Turan 862
“Onun transferimi necə israrla istədiyini bilıncə, buranı seçdim”

“Yunanıstana 19 yaşında getmişdim və getdiyim gündən özümü orada çox rahat hiss etdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Runi Eva deyib.

Premyer Liqanın debütantı kamerunlu legionerlə 1 illik müqavilə bağlayıb.

26 yaşlı forvard karyerasına vətənində - "Apeje"də başlayıb. Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib.

O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”da (Pontu) çıxış edib. Göründüyü kimi, afrikalının karyerası 2016-cı ildən bu yana əsasən Yunanıstan klubları ilə bağlıdır.

Bu, nə ilə bağlıdır? Runini dinləyək:

“Ölkəyə çox tez uyğunlaşdım. Buna görə də orada uzun müddət qalmaq qərarına gəldim.

Həm də daim təkliflər olurdu deyə, başqa ölkəyə getmək haqda düşünmürdüm. Sonuncu mövsümdə uğurlu çıxış etdiyimi düşünürəm. “

Apollon”dan ayrılandan sonra yenə bir neçə yerdən dəvət aldım. Kipr və Türkiyəyə gedə bilərdim. Azərbaycan bir ölkə olaraq mənə maraqlı gəldi.

Ayxan Abbasovun transferimi necə israrla istədiyini bilıncə, buranı seçdim. Yanılmamışam, doğrudan da, yaxşı baş məşqçi ilə çalışırıq.

O, insam və mütəxəssis kimi bizə çpx şey qazandırır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti