"Bu mənzərə bizə xoş deyil, razılıq əldə olundu ki…" – İcraçı direktor

1 Dekabr 2022 17:00 Turan 747
"Bu mənzərə bizə xoş deyil, razılıq əldə olundu ki…" – İcraçı direktor

“Kəpəz” rəhbərliyi AFFA İntizam Komitəsinin (İK) çıxardığı qərara əhəmiyyət vermir.

Bu barədə məlumatı dünən oxucularımızla bölüşmüşdük.

Söhbət Azərbaycan Premyer Liqasının 6-cı turunda baş tutan “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında yaşananlara görə qonaqlara verilən cəza qərarından gedir.

Belə ki, haqqında bəhs etdiyimiz oyunun gedişində qonaq fanatlar onlara ayrılmış tribunanın oturacaqlarını qırıblar.

Oyundan sonra Peşəkar Futbol Liqası və klubların nümayəndələri yerində baxış keçirmiş və sındırılan oturacaq sayının 110 olmasını aşkarlanmışdır.

Haqqlı olaraq da İK-a həmin sayda oturacağın pulunun “Kəpəz” tərəfindən ödənilməsini cəza olaraq qüvvəyə mindirib.

Amma qərardan 3 aya yaxın vaxt keçsə də bölgə klubu üzərinə düşən öhdəliyi yerinə yetirmir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev bunları dedi:

"Bu mənzərə bizə də xoş gəlmir. Həm azarkeşlərimiz rahat otura bilmirlər, həm də çəklişdə yaxşı görünmür. "Kəpəz" tərəfindən hələ də ödəniş olunmayıb.

Oyundan sonra danışıb, görüşmüşdük. Bir neçə təklif olundu. Biz də bildirdik ki, sizə necə rahatdırsa, elə də edək.

Sonda razılıq əldə olundu ki, Gəncə təmsilçisi oturacaqları gətirib özləri qurlaşdıracaq. Hələlik bu, baş tutmayıb. Ümid edirik ki, yaxın zamanda baş verəcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti