"Komandamız yeni olsa da…" - "Turan"ın Turanı

27 Noyabr 2022 23:00 Turan 396
"Komandamız yeni olsa da…" - "Turan"ın Turanı

«Komandamız yeni olsa da, təcrübəli futbolçularımız kifayət qədər çoxdur.

Bu da yaxşı nəticələr əldə etməyimizdə böyük rol oynayır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un yarımmüdafiəçisi Turan Vəlizadə deyib.

«Neftçi»dən birillik icarəyə götürülən gənc oyunçu uğurlu çıxışın davamını gətirəcəklərinə inandığını bildirib:

«Yeni yığılan komandaya ilk qoşulanlardanam. Buna baxmayaraq, indiki nəticələri əldə edəcəyimizə inanardım.

Çempionatın bitməsinə kifayət qədər vaxt qalsa da, xallar qazanmağa, tovuzlu azerkeşləri sevindirməyə davam edəcəyik».

«Turan Tovuz» Premyer Liqanın 14 turu ərzində 16 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti