"Bu, bizim üçün çox pis xəbər oldu"

27 Noyabr 2022 17:00 Turan 487
"Bu, bizim üçün çox pis xəbər oldu"

«Bu, bizim üçün çox pis oldu»

«Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında belə deyib.

Premyer Liqanın debütantı CAR-dan aldığı yeni xəbərlə sarsılıb. Son vaxtlar zədəli futbolçuların sayının çoxluğundan əziyyət çəkən debütant daha bir aparıcı simasını itirib.

CAR millisinin növbəti yoxlama görüşündə iştirak edən Xulu Siyanda sıradan çıxıb. Anqola ilə 1:1 başa çatan görüşdə forma geyinən müdafiəçi 45+4-cü dəqiqədə əvəzlənib.

İkili mübarizə zamanı çiynindən zədə alan arxa xətt oyunçusunun müayinəsi problemin ciddi olmasını üzə çıxarıb. Körpücük sümüyü sınan Siyanda ölkəsində təcili əməliyyat edilib.

İlkin diaqnoza görə, o, ən azı 6 həftə yataq rejimində reablitasiya kursu keçməlidir. Beləcə, CAR-lı legioner üçün il vaxtından əvvəl başa çatıb.

Afrikalı yanvarın ikinci yarısından tez Azərbaycana dönməyəcək. AAbbasov belə vəziyyətdə qayğılarının daha da artacağını bildirib:

«Heyət sarıdan xeyli problemimiz var. Bəzən ilk «onbirliyi» formalaşdırmağa çətinlik çəkirəm. Siyanda aparıcı futbolçularımızdan biridir.

Müdafiənin mərkəzində böyük iş görürdü. Əlaqə saxlamışıq, orada əməliyyat ediblər.

Bizə deyiblər ki, azı ayyarım gipsdə qalacaq. Sınan yer vaxtında sağalsa, dekabrın sonunda gipsi açılacaq.

Yanvarın ortasından yavaş-yavaş məşqlərə başlamalıdır. Belə görürəm ki, o, ən yaxşı halda fevralda komandaya qoşula biləcək».

Digər Xəbərlər
Xəbər Lenti