“O vaxt yaxşı pullar qazanırdım, indi isə…” – Görün, nə deyir!

26 Noyabr 2022 20:00 Turan 637
“O vaxt yaxşı pullar qazanırdım, indi isə…” – Görün, nə deyir!

“Təkcə maaş məsələsində yox, heç bir mövzuda müqayisə etməyin tərəfdarı deyiləm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda deyib.

Əyalət klubu Cənubi Afrika Respublikasından olan legionerlə 1 illik müqavilə imzalayıb.

Peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib.

31 yaşlı afrikalı son olaraq İsraildə “Hapoel”in (Tel Əviv) şərəfini qoruyub. O, əməkdaşımızın “indiki maaşını Rusiya və İsraildə qazandığın məvaciblə müqayisə edə bilərsən” sualına cavabında bunları söyləyib:

“Hər dövrün, hər yerin, hər yaşın öz gözəlliyi var mənə görə. Bir onu deyə bilərəm ki, arada çox böyük fərq var.

10 il əvvəl Rusiyaya gedəndə 20 yaşım vardı, böyük təcrübə sahibi deyildim. Buna baxmayaraq çox yaxşı maliyyə şərtləri ilə müqavilə bağlamışdım.

O vaxt Rusiya Premyer Liqasında hansı pulların dövr etdiyini bilirsiz yəqin. İsraildə futbolçuların nə qədər qazandığı da hamıya məlumdur”.

Digər Xəbərlər
Xəbər Lenti