İcra başçısı öz köməkçisini kluba xüsusi nümayəndə təyin etdi

26 Noyabr 2022 15:00 Turan 570
İcra başçısı öz köməkçisini kluba xüsusi nümayəndə təyin etdi

Tovuz İcra Hakimiyyəti “Turan Tovuz” üzrə xüsusi nümayəndə təyin edib.

Bu barədə icra başçısı Məmməd Məmmədov göstəriş verib.

O, köməkçilərindən birinə bu işi həvalə eləyib. Həmin şəxs klubun gündəlik fəaliyyətini nəzarətdə saxlamalı, funksionerlərlə görüşməli, hesabat hazırlamalı və problemlərin operativ həllinə yardımçı olmalıdır.

M.Məmmədovun özü də yaxınlarda “Turan Tovuz” rəsmiləri ilə toplantı keçirib. Yığıncaq rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunub.

M.Məmmədov klubun üzləşdiyi çətinliklərlə maraqlanıb. O, komandanın Premyer Liqada çıxışını yaxından izlədiyini, nəticələrin gözləniləndən də yaxşı olduğunu bildirib.

“Turan”ın uzun aradan sonra güclülər dəstəsinə dönməsini “mühüm hadisə” adlandıran rayonun birinci şəxsi uğurlu göstəricilərin davamının gələcəyinə inandığını söyləyib.

Icra başçısı “Turan”ın bundan belə də İH tərəfindən dəstəklənəcəyini qeyd edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti