“Əziyyətimiz yerdə qalmadı” - Məğlubiyyətin əvəzini çıxan

25 Noyabr 2022 16:40 Turan 427
“Əziyyətimiz yerdə qalmadı” - Məğlubiyyətin əvəzini çıxan

“Turan Tovuz” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şamaxı” səddini adlamağı bacardı.

Bölgə təmsilçilərinin gərgin və maraqlı keçən görüşündə qərblilər 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəldi.

Halbuki oyun 120 dəqiqə davam edə, cütün taleyi penalti zərbələrində müəyyənləşə bilərdi.

Komandanın əsas heyət üzvlərindən olan Şakir Seyidov Sportinfo.az-a açıqlamasında oyun haqda fikirlərini bölüşüb.

21 yaşlı müdafiəçi 90 dəqiqə ərzində qələbə qazanmağa kökləndiklərini, penalti zərbələri haqda düşünmədiklərini gizlətməyib:

“Bu komanda təxminən 3 həftə əvvəl doğma azarkeşlərimizin önündə məğlub olmuşduq. Bilirdik ki, bizi daha da çətin oyun gözləyir.

“Şamaxı” yaxşı formadadır, sonuncu dəfə öz meydanında “Sumqayıt”a qəlib gəlmişdi. Buna baxmayaraq, inamlı və iddialı idik.

Cütün taleyi bu oyunda həll olunacağından, bacardığımızı 90 dəqiqə ərzində ortaya qoymalıydıq. Niyyətimiz əsas vaxtda qalib gəlmək idi və bunu bacaracağımıza inanırdıq.

Açığı, penalti zərbələri haqda düşünmürdük. Məşqlərdə heç kim 11 metrlik nöqtəyə yaxınlaşmamışdı. Əziyyətimiz yerdə qalmadı. Buna görə məşqçi heyətini və futbolçu yoldaşlarımı təbrik edirəm”.

“Turan Tovuz” ölkə kubokunun ¼ final mərhələsində “Kəpəz” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti