Azərbaycan klubunun müdafiəçisi DƏHŞƏTLİ HADİSƏ ilə üzləşdi

24 Noyabr 2022 11:20 Turan 1 074
Azərbaycan klubunun müdafiəçisi DƏHŞƏTLİ HADİSƏ ilə üzləşdi

«Turan Tovuz» aldığı yeni xəbərlə sarsılıb.

Son vaxtlar zədəli futbolçuların sayının çoxluğundan əziyyət çəkən debütant daha bir aparıcı simasını itirib.

CAR millisinin növbəti yoxlama görüşündə iştirak edən Xulu Siyanda sıradan çıxıb. Anqola ilə 1:1 başa çatan görüşdə forma geyinən müdafiəçi 45+4-cü dəqiqədə əvəzlənib.

İkili mübarizə zamanı çiynindən zədə alan arxa xətt oyunçusunun müayinəsi problemin ciddi olmasını üzə çıxarıb. Körpücük sümüyü sınan Siyanda ölkəsində təcili əməliyyat edilib.

İlkin diaqnoza görə, o, ən azı 6 həftə yataq rejimində reablitasiya kursu keçməlidir. Beləcə, CAR-lı legioner üçün il vaxtından əvvəl başa çatıb. Afrikalı yanvarın ikinci yarısından tez Azərbaycana dönməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar