Tərlan Əhmədov bu dəfə Gəncənin əfsanəsinə “ilişdi” – “Kəpəz”də analoqu olmayan qərar

21 Noyabr 2022 16:00 Turan 2 395
Tərlan Əhmədov bu dəfə Gəncənin əfsanəsinə “ilişdi” – “Kəpəz”də analoqu olmayan qərar

Tərlan Əhmədov növbəti qalmaqala səbəb olub.

Gəncəyə getdiyi gündən “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edən təcrübəli mütəxəssis Rauf Əliyevlə Əli Səmədovu əsas komandadan uzaqlaşdırandan sonra indi də gücünü klub rəsmilərinə göstərməyə çalışır.

Əhmədov dünya futbolunda analoqu olmayan qərarla gündəmə gəlib.

O, “Kəpəz”in azarkeşlərinə, digər yaş qruplarından ibarət komandaların məşqçi və futbolçu heyətinə, hətta klub rəsmilərinə belə, məşqləri izləməyi qadağan edib.

Həmin şəxslərin arasında “Kəpəz”in əlaqələndiricisi İlham Səmədov, komandanın ən uğurlu dönəmində baş məşqçi olmuş və Gəncədə ən sevilən şəxslərdən olan Mehman Allahverdiyev də var.

Əhmədovun bu qərarı verməsinə səbəb ətrafındakılara inanmamasıdır. Onun fikrincə, klubda kimlərlə ona “torba tikir”, məşq materiallarını çəkib rəqib komandalara ötürür.

Hətta “Turan Tovuz”la oyundan sonra yaxın ətrafına bu oyuna hazırlıqla bağlı materialların rəqib komandanın baş məşqçisi Ayxan Abbasova ötürüldüyünü deyib.

Məşqçilik bacarığına söz olmayan, lakin xarakter baxımından ciddi mənada axsayan “Kəpəz”in baş məşqçisi hələ də kollektivə başçılıq etdiyi dönəmdə -

10 oyunda toplanan 9 xalın təsiri altındadır. Nisbi uğurdan başı gicəllənən Əhmədov Gəncədə özü üçün kiçik çevrə müəyyənləşdirib ki, dərd-sərini, sirrini həmin adamlarla bölüşür, onlardan məsləhət alır, tövsiyə verir.

“Kəpəz”in əfsanələrindən olan Mehman Allahverdiyevin məşqə baxmasına qadağa qoyulmasının adı nədir, bunu özündən yaxşı bilən olmaz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti