“Burada surprizlər olur“ - Azərbaycanlı məşqçinin gözləntisi

20 Noyabr 2022 09:40 Turan 394
“Burada surprizlər olur“ - Azərbaycanlı məşqçinin gözləntisi

“Bizim üçün budəfəki dünya çempionatı yenilikdir. Çünki ilk dəfə qışda baş tutacaq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Bu gün Qətərdə start götürəcək dünya çempionatı ilə bağlı düşüncələrini bölüşən mütəxəssis bir neçə komandanı favorit göstərib:

"Çempionat hər zaman yayda, çempionatlar başa çatandan sonra keçirilirdi. Bu da bir yenilikdir.

Favorit adı çəkmək çətindir. Burada surprizlər olur. Güclü komandalar çoxdur.

İstəyərdim ki, Avropa yığmalarından - Almaniya, Fransa və İspaniyadan biri qalib olsun. Amma Cənubi Amerikadan Argentina və Braziliyanı unutmaq olmaz.

Bir də son illər yaxşı oyunu ilə yadda qalan Xorvatiya kimi yığmalar var".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!